Təyyarəmizlə bağlı təhqiqatlar illərlə davam edə bilər - AZAL

Təyyarəmizlə bağlı təhqiqatlar illərlə davam edə bilər - AZAL

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Bakıdan Qroznıya reys həyata keçirərkən qəzaya uğramış təyyarə ilə bağlı təhqiqatlar illərlə davam edə bilər.
Aktual.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov jurnalistlərə açıqlamasında bildirib.
"Qazaxıstan dövlət komissiyasının tam hesabatına gəlincə, adətən beynəlxalq qanunlar dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edirlər ki, hadisə baş verdikdən sonra bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur. Burada şərt qoyulmur, tövsiyə olunur. Çünki bunun nəticələri olduqca vacib bir əhəmiyyət daşıyır. Bunu sonradan bütün dünya aviasiya qurumlarına yayırlar ki, belə hadisələr bir də gələcəkdə baş verməsin", - İ.Əmirov deyib.
O qeyd edib ki, qəza hadisələri ilə bağlı təhqiqatlar, əgər buna ehtiyac varsa, illərlə davam edə bilər:
"Məsələn, hər hansı bir təhqiqat gedirsə, təyyarənin bir hissəsini, cihazını, aqreqatını təhlil etmək üçün müəyyən institutlarda ona "açılış" edib baxırlar. Bu, çox zaman apara bilər. Amma adətən tövsiyə olunur ki, qəzanın araşdırması bir ilə başa çatdırılsın. Yaranmış təhqiqat komissiyası o vaxt məhdudiyyətinin təsirindən hər hansı bir qeyri-obyektivliyə yol verə bilər. Buna görə də beynəlxalq standart məhdudiyyət qoymayıb".
Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR