ABŞ dövlət katibinin müavini Avropaya səfər edəcək

ABŞ dövlət katibinin müavini Avropaya səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Viktoriya Nuland Avropaya yola düşüb.


APA-nın “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində ABŞ rəsmisi Yunanıstan, Sloveniya, İtaliya və Belçikada bir sıra görüşlər keçirəcək.

 

Danışıqlar zamanı  ikitərəfli, regional və qlobal mövzular ətrafında  fikir mübadiləsi aparılacağı bildirilir.

 

“Martın 20-də dövlət katibinin müavini Brüsseldə NATO komandanlığı, Avropa İttifaqının yüksək rütbəli nümayəndələri, o cümlədən Avropa Komissiyasının üzvləri ilə görüşəcək”, məlumatda deyilir.

 

Həmçinin, Viktoriya Nuland Almaniyanın Marşall Fondunun təşkil etdiyi ənənəvi Brüssel forumunda iştirak edəcək.


Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR