Təyyarə qəzasında ölənlərin meyitləri - Ekspertiza olunur

Təyyarə qəzasında ölənlərin meyitləri   - Ekspertiza olunur

Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus “An-12” yük təyyarəsinin mayın 18-də Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən yeddi heyət üzvünün cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, birliyin direktoru Ədalət Həsənov bildirib ki, hazırda meyitlərin genetik ekspertizası aparılır. Onun sözlərinə görə, ekspertiza nəticəsində ölənlərin şəxsiyyəti 20-25 gün ərzində müəyyən ediləcək. Ə. Həsənov qeyd edib ki, onların hamısı yandığı üçün tanınmaları uzun çəkəcək: “Hazırda genetik ekpertiza aparılır, amma DNK müayinə uzun çəkəcək. Onu deyə bilərəm ki, təyyarənin pilotunun və onun köməkçisinin meyitləri kabinədə aşkarlandığına görə onların kimliyi təxminən məlumdur”.

Ə. Həsənov əlavə edib ki, qəzada ölən Ukrayna vətəndaşı ölkəsinə şəxsiyyəti müəyyən olunandan sonra təhvil veriləcək.

Qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

Təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Hadisə zamanı sağ qalan 2 nəfər Ukrayna vətəndaşıdır. Təyyarənin kapitanı Özbəkistan vətəndaşı olub.

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR