Təyyarə qəzaları barədə bilmədiklərimiz

Təyyarə qəzaları barədə bilmədiklərimiz
  • DÜNYA

Dünya bu gün də onunla uçur və... qorxur 

Dünya insanının ən çox istifadə etdiyi nəqliyyat növü heç şübhəsiz ki, təyyarədir. Bayramla əlaqədar göylərdə təyyarə sıxlığı hər zamankından çoxdur. İnsanlar bayramı mütləq fərqli ölkələrdə, fərqli mədəniyyətlərlə tanış olaraq keçirmək istəyirlər. Bununla da yeni ilə yeni bir aurada girmənin fərqliliyini yaşayırlar.

Amma bu arada təyyarə qəzaları, qəza ehtimalları da artıb. Məsələn, soyuq, qarlı hava iqliminə görə Türk Hava Yolları bir çox uçuşlarını ləğv edib. Bundan başqa, insanlar son illərdə sayı artan təyyarə qəzalarına görə bu nəqliyyat növünə inamlarını azaldıblar - baxmayaraq ki, statistik araşdırmalar ən təhlükəsiz nəqliyyat növü kimi təyyarənin adını çəkir.

Uzunqulaq daha çox insan öldürür, nəinki təyyarə qəzaları...

Odur ki, bu yazımızda təyyarənin hansı səbəbdən ən təhlükəsiz nəqliyyat növü sayılmazı və bunun detalları ilə maraqlandıq. Ümumiyyətlə, təyyarədən sonra təhlükəsizlik dərəcəsinə görə su nəqliyyatı və dəmiryolu gəlir. Psixoloji kriteriyalara əsasən, sərnişinlər özlərini daha çox dəmiryolu nəqliyyatında rahat hiss edirlər. Amma statistika bu rahatlığın əbəs yerə yarandığını göstərir. Dəmiryolunda baş vermiş qəzalar aviasiyadakılardan çoxdur. Amma dəmiryolu qəzaları kütləvi olmur və bu səbəbdən də ciddi ictimai rezonans doğurmur.

Dediyimiz kimi, dünya üzrə ən təhlükəsiz nəqliyyat növü təyyarədir. Təyyarələrdə sərnişinlərin sayına nisbətdə ölüm hallarının səviyyəsi 0,6-0,7 nəfərdir. Qatarlar üçün bu rəqəm daha böyükdür - 0.9 nəfərdir. Avtomobildə isə ölüm statistikası - 1.5 nəfərdir. Ən təhlükəli nəqliyyat növü motosikletdir. Motosiklet sürənlər arasında ölüm halları - 160 milyon kilometrdə 42 nəfər təşkil edir. Bu göstərici müxtəlif ölkələrdə fərqli ola bilər. Məsələn, İsveçrənin Federal Statistika Xidmətinin göstəricilərinə görə, ölkədə təhlükəsizliyinə görə birinci yerdə qatar, ikinci yerdə isə təyyarə dayanır. 

İsveçrəlilər hesab edirlər ki, qatar qəzaları ciddi xəsarət və ölüm halları ilə nəticələnmir. Bu qəzalar isə çox nadir hallarda, qatarlar yola çıxan avtomobillərlə toqquşduğu və ya relsdən çıxdığı halda mümkün olur.

Statistik göstəricilər nə deyir? Hər 3 saniyədən bir dünyada bir təyyarə yerə enir. Gün ərzində baş verəcək təyyarə qəzalarının baş vermə ehtimalı cəmi 0,01% olsaydı, bu bir gündə minimum 13 təyyarənin partlaması mənasına gələrdi. Uzunqulaqların bir ildə həlak etdiyi insanların sayı, təyyarə qəzalarında ölən insanların sayından çoxdur. İşıqforun yaşıl işığında piyada xəttində gözləyərkən avtomobilin təkərləri altına düşüb həlak olmaq ehtimalı təyyarə qəzasında həlak olmaq ehtimalından 10 dəfə çoxdur. Hər bir təyyarə havaya qalxmamışdan öncə ciddi texniki yoxlamadan keçir. Təyyarə qəzası heç vaxt təsadüfən baş vermir, bu, hər zaman bir neçə amillərin birləşməsi nəticəsində baş verir.

Pilot sükanı buraxsa belə, təyyarə yerə düşə bilməz... 

Yer kürəsində yaşayan əhalinin 80%-dən çoxu uçmaqdan qorxur. Onların da 5%-i ümumiyyətlə, təyyarədən imtina edərək, yerüstü və su vasitəsilə olan nəqliyyat vasitələrinə üstünlük verir. Uçmaqdan və hündürlükdən qorxmaq  - aerofobiya adlanır. Bir çoxları təyyarənin 10 kilometr hündürlükdən yerə düşəcəyindən qorxur. Lakin bu, təyyarənin qanadlarının altındakı təzyiq səbəbindən mümkün deyil. Avtomobil şose üzərində necə dayanırsa, təyyarə də havada elə rahatlıqla dayanır. Hətta pilot sükanı buraxsa belə, o, su üzərində üzən qayıq kimi havada hərəkət edəcək.
Pilot və stüardessalar "riskə” görə əlavə pul bonusları almırlar. Buna görə də təyyarə sağlam fikir və təbiət qanunlarına zidd deyil, onlar sayəsində uçur.


Təyyarə qəzaya uğrayanda da ondan sağ çıxmaq olur
Rəqəmlər isə dəqiq mesaj verir: milyon uçuşdan birində qəza baş verir ki, bunu avtomobil və dəmir yolu hadisələri barədə demək olmaz. Amma ən kiçik aviaqəza belə dərhal KİV-in diqqətini cəlb edir. Bu isə cəmiyyətdə aviasiya barədə neqativ fikrin yayılmasına səbəb olur. 

Daha bir ilginc statistika: təyyarəyə minən sərnişinin aviaqəzada dünyasını dəyişmə ehtimalı təxminən 1/8 000 000-dir. Yox, əgər sərnişin hər gün təsadüfi reyslərlə hərəkət etmək istəsə, ölmək üçün 21 il gözləməlidir. 

Daha bir yanlış yayılmış fikir isə ondan ibarətdir ki, təyyarə qəzası nəticəsində sağ qalma ehtimalı minimaldır. ABŞ tarixində 1983-cü ildə 2000-ci ilə qədər baş vermiş təyyarə qəzalarının analizi göstərib ki, bortda bulunan sərnişinlərin cəmi 5 faizi qəza nəticəsində dünyasını dəyişib. Bu statistikaya əsaslanaraq demək olar ki, aviaqəzalara düşən 53 487 nəfərdən 51 207 nəfər sağ qalıb. 26 ciddi təyyarə qəzasının nəticələri araşdırılanda isə məlum olub ki, hətta ağır təzyiqlə yerə düşən, təyyarələrin parçalanması və yanması ilə müşayiət olunan qəzalarda belə sərnişinlərin 50 faizi sağ qalır. Əgər təyyarə suya məcburi eniş gerçəkləşdirərsə, sərnişin və pilot heyətinin sağ qalma ehtimalı ikiqat artır.

Bu mövzu ilə bağlı aparılan araşdırmaların ümumi nəticələri aşağıdakılardır:


1. Hava nəqliyyatı - nəqliyyatın ən təhlükəsiz növüdür. 

2. Hər 3 saniyədən bir dünyada yerə bir təyyarə enir. 

3. Əgər gündəlik qəzaların faizi 0,01 olsaydı, bu, o demək olmalıydı ki, gün ərzində minimum 13 təyyarə qəzaya uğrayır. 

4. Eşşəklərin gün ərzində öldürdüyü insanların sayı aviaqəzalarda ölənlərdən daha çoxdur. 

5. Piyada keçidində yaşıl işığın yanmasını gözləyən piyadanın ölmə ehtimlı aviaqəzada ölmə ehtimalından daha yüksəkdir. 

6. Hər uçuşdan öncə təyyarə olduqca ciddi texniki yoxlamadan keçir. 

7. Aviaqəza - heç vaxt təsadüf sayılmır, əksinə, bəzi faktorların zəncirləmə üst-üstə düşməsidir. 

8. Yer üzündə insanların 80 faizi uçmaqdan qorxur. 5 faiz ümumiyyətlə, uçmaqdan imtina edir, onu quru və su nəqliyyat növü ilə əvəzləməyi tərcih edir.

9. Uçuş və yüksəklik qorxusunun elmi adı aerofobiyadır.

10. Stüardessalara daha çox vurulurlar, nəinki digər peşə sahibləri olan qadınlara. 

11. Çox adam 10 km hündürlükdən yerə düşməkdən qorxur. Bu isə təyyarənin qanadlarındakı güclü təzyiqə görə mümkün deyil. O, havada maşının şossedə dayanmasından daha yaxşı dayanır, idarə olunur. 

12. Pilot və stüardessalar "risk əmsalına” görə əlavə ödəniş almırlar. Ona görə ki, təyyarələr güclü məntiq və təbiət qanunlarına görə yox, məhz onlara görə uçur. 
O biri nəqliyyatb növləri də öldürür - amma necə?

Massaçusets Texniki İnstitutunun araşdırması göstərdi ki, dünya üzrə kommersiya aviakampaniyaları sərnişinləri üçün ölüm riski 45 milyon uçuşdan birində mümkündür. Statistikaya əsasən, orta hesabla səyyah təyyarədə 123 min il keçirə, amma hər hansı qəzaya uğramaya bilər. Keçək digər nəqliyyat növlərinin qəzaya uğrama ehtimallarına.

1. Velosiped. Velosipedsürənlərin qəzaya düşüb dünyasını dəyişmə ehtimalı 4982 səfərdən birində mümkündür. Bu rəqəmləri ABŞ Milli Təhlükəsizlik Şurası ortaya çıxarıb.

2. Motosiklet. ABŞ-da motosiklet sürənlərin iştirakı ilə baş verən 1907 yarışdan birində qəza hadisəsi yaşanıb.

3. Küçədə gəzən yerdə ciddi zədə alma ehtimalı 1749 haldan birində mümkündür.

4. Əgər siz hazırda hansısa avtomobildə sərnişinsinizsə, qəzaya düşmə ehtimalınız 415-dən birdir.

5. ABŞ-ın dövlət ekspertləri deyir ki, özəl təyyarə həvəskarları daha çox qəzaya və problemlərə uğrayır, nəinki kommersiya aviakampaniyalarına müraciət edənlər. Birinci halda qəzaya düşmə ehtimalı 7229-da birdir.

6. "PolitiFact” təşkilatının ekspertləri isə onu üzə çıxarıblar ki, avtobus ən təhlükəli yerüstü nəqliyyat növüdür.

7. Statistika nəticəsində həm də o məlum olub ki, təyyarədə 100 milyon mil məsafə qət edən tipik sərnişinin 0.003 ölüm hadisəsi görmə ehtimalı var.

8. Maşının sükanı arxasında oturanların ölmə ehtimalı qatarla səfər edənlərinkindən 10 dəfə artıqdır.

9. ABŞ polisi iddia edir ki, ölkə üzrə baş verən yol qəza hadisələrinin 80 faizi piyadaların günahı üzündən yaşanır.

Bu təyyarə, bu da ondan qorxanlar...



21-ci əsr insanlarında da təyyarə fobiyası güclüdür. Texnikanın inkişafı, yeni qorunma mexanizmləriE bunların heç biri qorxunu aradan qaldırmağa kifayət etmir. Təyyarə fobiyasının ən əsas səbəblərindən biri "nəzarəti itirmə” vəziyyətidir. İnsanın səfərlə bağlı heç bir nəzarətinin olmaması və təyyarədə olan hər hansı bir çatışmazlıqda özünü güvəndə hiss etməməsi nigaran və narahat olmasına səbəb olur. İnsanlar özlərini etibarda hiss etmək üçün vəziyyət üzərində nəzarətə ehtiyac duyurlar. Təyyarədə bunun edilə bilməməsi bəzi insanlarda narahatlığa səbəb olur.

Təyyarə qorxusunun birdən çox səbəbi ola bilər. Məsələn, daha əvvəlki təyyarə ilə səyahətlərində yaşanan pis bir hadisə adamda təyyarə qorxusunun meydana gəlməsinə səbəb ola bilər. Eyni şəkildə uşaqlıq dövrlərində təyyarə qəzaları ilə əlaqədar bir xəbər və ya bir yaxının başına gələn bir təyyarə qəzası, adamda təyyarə qorxusuna səbəb ola bilir.
Bütün bu faktorların xaricində, təyyarənin texniki mexanizmi haqqında az məlumata sahib olunmasından ötəri təyyarənin etibarlı bir vasitə olmadığı təəssüratı bu kəslərin ağıllarında canlana bilər. Bu vəziyyətdə də təyyarə qorxusu meydana gələ bilər.

Təyyarə qorxusu olan adamlar bu nəqliyyat vasitəsinə minən kimi orqanizmində aşağıdakı hallar baş verir: döyüntü (ürək), tərləmə, ağız quruluğu, nəfəs almada çətinlik, sinədə təzyiq, ürəkbulanma, baş gicəllənməsi, ayaqların tutulması, ürək getmə, nəzarət itirmə qorxusu, ölüm qorxusu. (musavat.com)
Xəbər 1811 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR