Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup”da bu gün yarımfinal görüşləri keçiriləcək.
1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran 34 yaşlı qrossmeyster finala gedən yolda Karlsenlə üz-üzə gələcək. Rəcəbov ilk matçını qara fiqurlarla oynayacaq.
İki gün davam edəcək qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Bu raundun digər cütündə isə ABŞ təmsilçisi Uesli So ilə rusiyalı Yan Nepomnyaşi ilə qüvvəsini sınayacaq.
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)
Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)
Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.
Xəbər 382 dəfə oxunub.