Bu barədə Gununsesi.org-a daxil olan məlumatda bildirilir ki, Etibar Əliyev azadlığa çıxdıqdan sonra yenidən aktiv biznes fəaliyyəti ilə məşğul olub.
Xüsusilə, balıqçılıq və dərman biznesinə girən iş adamı son illər ərzində böyük maliyyə vəsaitləri əldə edə bilib. Ancaq onun bu işdə uğurlarına dəstək olan bəzi şəriklərinə qarşı ədalətsizlikləri də üzə çıxıb.
Məlumatlarda hazırda ortaqları ilə ciddi çəkişmə yaşayan E.Əliyevin onların haqqını verməmək üçün müxtəlif üsullara əl atdığı iddia edilir..