Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçiriliblər.
Aktual.az SOCAR-ın saytına istinadən xəbər verir ki, xəstəxanaya ümumilikdə 31 müraciət olunub, 22 nəfər ambulator müalicəyə cəlb edilib. 1 nəfər Yanıq Mərkəzinə göndərilib, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib.
Aşağıda stasionara qəbul olunan xəstələrin siyahısı verilib:
Rəcəbov Mərdan - qabırğa sınığı
Məmmədov Allahverdi - bazunun sınığı
Əliyeva Məlahət - bel fəqərəsinin sınığı
Hüseynov Rəşid - kəllə beyin silkələnməsi
Abbasov Mais - alın nahiyyəsinin kəsilmış, cırılmış yarası
Əliyev Ənvər - alın nahiyyəsinin burun göz altı yarası
Cəfərov Faiq - hipotermiya,başın yumşaq toxumaların əzilməsi
Orucov Atakişi - hipotoniya,yumşaq toxumaların əzilməsi