"Təşviqat zamanı pozuntular qeydə alınmayıb"- MSK


Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqat zamanı hər hansı nəzərəçarpacaq pozuntular və ya hallar qeydə alınmayıb.

Mərkəzi Seçki Komissiyasının Mətbuat xidmətindən verilən məlumata görə, yerlərdə müəyyən xırda nöqsanlar baş versə də, müvafiq dairə seçki komissiyaları tərəfindən dərhal reaksiya verilərək həmin məsələlər aradan qaldırılıb.

Eyni zamanda yerlərdə təşviqat aparmaq üçün bütün namizədlərə qanunvericilik çərçivəsində bərabər şərait yaradılıb və namizədlər müvafiq qaydada seçiciləri ilə görüşlərini davam etdirirlər.

Xəbər 432 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR