Osman Gündüz
TQDK-nın ləğv edilməsi haqqında Prezidentin Fərmanı müəyyən ajiotaj və anlaşılmazlıq yaradıb. Bəziləri artıq mövcud test sisteminin ləğvini düşünür, qəbulda rüşvət və korrupsiyanın olacağını proqnozlaşdırmağa başlayıblar.
Əslində yeni Fərman mövcud sistemin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Fərman gözlənilən idi
Düşünürəm ki, idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının saxlanılması xərclərinin azaldılması, idarəetmədə effektivliyin təmin olunması və paralelçiliyin aradan qaldırlması baxınmından adı çıkilən Fərmanı müsbət dəyərləndirmək olar.
Fərman əslində mövcud iki dövlət qurumunn bazasında daha geniş səlahiyyətlərə malik olan yeni bir qurumun - Dövlət İmtahan Mərkəzinin yaradilmasini nəzərdə tutur.
Yəni qısa desək əvvəl vardı TQDK , indi var DİM. İndiki məqamda Fərmanda test sisteminin ləğvi və ya test sisteminin hansıa digər bir qiymətləndirmə ilə əvəzlənməsindən hər hansı söhbət getmir.
İndiyədək bir neçə sahəyə qəbulla bağlı imtahan keçirən , lakin adında TƏLƏBƏ sözü olan TQDK-nın adı öz mahiyyətinə uyğunlaşdırılıb, idarəetmə forması dəyişdirilib, əvvəlik səlahiyyətlərinə daha biri əlavə olunub- bundan sonra dövlət qulluğu üçün kadrların seçilməsini də bu qurum həyata keçirəcək. Hətta ən aşağı siniflərdə də imtahanları bu qurum həyata keçirəcək.
Qaranlıq qalan isə yalnız bir məqamdır. İndiki halda yeni formalaşan quruma kimin rəhbərlik edəcəyi, yeni idarəetmə orqanı olan direktorlar şurasının üzvlərinin kim olacağı hələlik müəyəynləşməyib. Bununla bağlı Prezidentin ayrıca Sərəncamı olmalıdır.
Güman ki, bu təyinatlar indiki qəbul imtahanlarından sonra mümkün ola bilər. Çünki artıq imtahan kampaniyası başlanıb və indiki məqamda Prezidentin ciddi kadr dəyişiklikləri edəcəyi o qədər də inandırıcı görsənmir.
Əslində , indiyədək yetərincə müsbət imic qazanan, korrupsiyaya uğramayan, yetərincə şəffaf və texnoloji bir qurumda, fikrimcə elə ciddi kadr dəyişiklərinin də olacağı gözlənilən deyil.