Tesla şirkəti robotaksi xidmətini işə salmağı planlaşdırdığını açıqlayıb.
Aktual.az xəbər verir ki, bu barədə "Deutsche Bank” kredit təşkilatı məlumat yayıb.
"Elektrikli avtomobil istehsalçısı gələn ilin birinci yarısında daha ucuz avtomobil buraxmaq planlarını da təsdiqləyib. Robotaksi xidmətinin gələn il Kaliforniya və Texasda istifadəyə verilməsi planlaşdırılır. Tesla təhlükəsizlik və ehtiyatı təmin etmək üçün ən azı ilkin mərhələdə teleoperatorlardan istifadə etməyi zəruri hesab edir”, - məlumatda deyilir.
Qeyd olunur ki, Tesla səhmləri üçün hədəf qiyməti 295 dollardan 370 dollara qaldırılıb. Bundan sonra Teslanın səhmləri birjada təxminən 1% ucuzlaşaraq 386,04 dollara düşüb.
Xəbər 76 dəfə oxunub.