Tərtərin icra başçısı gecəni harada keçirir? — ŞOK İDDİA

Tərtərin icra başçısı gecəni harada keçirir?   — ŞOK İDDİA

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iş saatı bitdikdən sonra rayonu tərk edir.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, əldə olunan məlumata görə, Müstəqim Məmmədov 2014-cü ilin mayında icra başçısı təyin olunandan indiyə kimi demək olar ki, hər gün işdən sonra ya anadan olduğu Yevlax şəhərinə, ya da Gəncəyə üz tutur. Başçıya yaxın adamlardan birinin dediyinə görə, o, bu addımı şəxsi təhlükəsizliyi üçün atır. Belə ki, Tərtər rayonu cəbhə bölgəsi hesab olunduğundan, Müstəqim Məmmədov gecələri rayonda qalmaqdan ehtiyatlanır.

Maraqlıdır ki, qaynar bölgə olsa da, sakinlər doğma yurd-yuvalarını tərk etmirlər. Rayona rəhbərlik edən şəxs isə ona dövlət başçısı tərəfindən rəhbərliyi etibar edilmiş rayonda qalmağı özünə rəva bilmir.

Qeyd edək ki, 47 yaşlı Müstəqim Məmmədov 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. O, hazırki vəzifəsinə prezident İlham Əliyevin 7 may 2014-cü il tarixli sərəncamı ilə təyin edilib.

Məsələ ilə bağlı icra hakimiyyəti ilə əlaqə saxlasaq da, onların mövqeyini öyrənmək mümkün olmadı.

Xəbər 1518 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR