Tərtər rayonunda qətl törədərək qaçan şəxs saxlanılıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsi və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə apardığı axtarış tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Hüseynov Vüqar Tofiq oğlu Bakıda tutularaq Tərtər rayonuna aparılıb.
Qeyd edək ki, V. Hüseynov dekabrın 19-da keçmiş həyat yoldaşı Cəmilə Əhmədovanın Tərtər şəhərində kirayədə yaşadığı evin həyətində həmyerlisi Qaraxan Tanrıverdiyevə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilən Q.Tanrıverdiyev orada ölüb.
Hadisənin qısqanclıq zəminində baş verdiyi açıqlanıb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Aktual.az
Xəbər 493 dəfə oxunub.