Tərtərdə qazi yumruqla adam öldürdü

Tərtərdə qazi yumruqla adam öldürdü

Oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü Yaşar Nadir oğlu Abdullayevin üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Aktual.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Qayıbov İnqilab Ələsgər oğlu müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Qayıbov İkinci Qarabağ müharibəsi iştirakçısıdır.
***
Tərtər sakini xəstəxanada ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-də Tərtər rayonu ərazisində 1974-cü il təvəllüdlü Yaşar Abdullayevin almış olduğu xəsarət səbəbindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1994-cü il təvəllüdlü İnqilab Qayıbovun sentyabrın 27-də aralarında yaranmış mubahisə zamanı Yaşar Abdullayevə üz nahiyəsindən yumruqla xəsarət yetirməsi, sonuncunun zərbənin təsirindən yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
İnqilab Qayıbov iş üzrə şübhəli şəxs qismində tutulub.
Xəbər 940 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR