Tərtərdə partlamamış top mərmisi tapılıb

Tərtərdə partlamamış top mərmisi tapılıb

Avqustun 6-da Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən Ağcabədi və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Aktual.az  bildirir ki, agentlikdən verilən məlumata görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb. Əərazidə qazıntı işlərinin aparılması zəruriyyəti yarandığına görə təmizləmə əməliyyatı 8 avqustda davam etdiriləcək.

Tərtər rayonunun Şıxarx kəndində 2 otlaq sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi, OF-540) aşkar edilərək götürülüb, 1 000 kv.m ərazi yoxlanılıb. Ərazidə qazıntı işlərinin aparılması zəruriyyəti yarandığına görə təmizləmə əməliyyatı 8 avqustda davam etdiriləcək.

Avqustun 6-da 1 əkin sahəsi və 2 otlaq sahəsində, 6 partlayış yerinə baxış keçirilib, 1ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi, OF-540) aşkar edilərək götürülüb, 1000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel-6 avqust tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR