Tərtər rayonunda ər arvadını döyərək, ağır xəsarətlər yetirib.
Aktual.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki evlərdən birində qeydə alınıb.
Belə ki, rayon sakini Etibar Həsənov həyat yoldaşı, 52 yaşlı Həsənova Kəmalə İsmayıl qızını küt alətlə döyüb. Ağır bədən xəsarətləri alan qadının hər iki qolu sınıb. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Polis faktla bağlı araşdırma aparır.
Aktual.az
Xəbər 818 dəfə oxunub.