Terror hücumunun Prezident Rəcəb Tayyib Ərdoğanın səfərdə olduğu vaxt həyata keçirilməsi təsadüfi deyil.
Aktual.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib.
TBMM başqanı bildirib ki, Türkiyə terrorla mübarizəni sona qədər davam etdirəcək.
Qeyd edək ki, ötən gün Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.
Xəbər 215 dəfə oxunub.