“Terrorçuluq və ekstremizmlə mübarizə Azərbaycan üçün çox mühüm məsələdir” - Mədət Quliyev

“Terrorçuluq və ekstremizmlə mübarizə Azərbaycan üçün çox mühüm məsələdir” - Mədət Quliyev

Azərbaycan beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

M.Quliyev bildirib ki, dünyada təhlükəsizliyi ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün çox mühüm bir məsələdir:

"Son dövrlərdə Azərbaycana yaxın olan Mərkəzi Asiya və Yaxın Şərqin bir sıra ölkələrində cərəyan edən proseslər beynəlxalq əmin-amanlığı qorxulu təhlükələrlə, o cümlədən terrorizm, ektremizm və digər qorxulu təhdidlərlə üzləşdirib. Bu gün İŞİD və digər terrorçu təşkilatlar ölkələrin ərazilərini işğal edərək beynəlxalq təhlükəsizliyə təhdid yaradır".

DTX rəisi qeyd edib ki, Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulur və beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir.
 
Aktual.az
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR