Terrorçuları tapana 50 milyon mükafat

Terrorçuları tapana 50 milyon mükafat
  • DÜNYA

Rusiya rəhbərliyi Misirdə qəzaya uğrayan A321 tipli təyyarədəki hadisə ilə bağlı terroristlər haqqında məlumat verən şəxslərə 50 milyon dollar verəcəklərini açıqlayıblar.

Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.

“Rusiya Federal Xidmət Bürosu terrorçuların kimliyinin müəyyənləşdirilməsi məqsədilə Rusiya və beynəlxalq cəmiyyətə müraciət edir. Cinayətkarların saxlanılmasına yardım edəcək məlumatlara görə, 50 milyon ABŞ dollar dəyərində mükafat veriləcək”, - deyə Rusiya Federal Xidmət Bürosu (FTB) məlumat yayıb.

Həmçinin, yayılan məlumatda qeyd olunur ki, Rusiya FTB və hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən bu cinayətdə əli olan şəxslərin axtarışı və tapılması istiqamətində ciddi işlər görülür.

Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx - Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub. Qəzadan dərhal sonra İŞİD yaraqlıları hadisəyə görə məsuliyyəti öz üzərlərinə götürmüşdü.

Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR