Belçika millisinin futbolçusu Musa Dembele martın 22-də Brüsseldə baş vermiş terror hadisələrindən danışıb.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, müsəlman yarımmüdafiəçi terror qruplaşmalarının bu hücumlarla İslamı ləkələməyə çalışdığını qeyd edib.
"Bu hadisələr hər kəsə böyük sarsıntı gətirdi. Daha çox elə müsəlmanların özünə. Terrorçuların heç bir formada qalib gəlməsinə imkan vermək olmaz. Onlar müsəlman olduğunu iddia edə bilməzlər. Terrorçular dinimizə ləkə vurmağa çalışır, bu səbəbdən dinc vətəndaşlara zərər verirlər. Hətta mətbuat belə İslamı lazımi formada təqdim etmir. Cihadçılar bizim də düşmənimizdir. Onlarla əsl müsəlmanları qarışdırmayın", - 28 yaşlı havbek mətbuat konfransında deyib.