Terrorçular Misirdə oteli partlatdı - Ölənlər və yaralılar var

Terrorçular Misirdə oteli partlatdı  - Ölənlər və yaralılar var
  • DÜNYA

Misirin Sinay yarımadasında yerləşən otellərindən birində iki bomba partlayıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, terror aktları Əl-Ariş otelində törədilib.

Hadisə nəticəsində ən azı 3 nəfərin öldüyü, daha 12 nəfərin isə yaralandığı bildirilir.

Məlumatda vurğulanır ki, terror aktının törədildiyi oteldə seçkilərə cavabdeh olan hakimlər qalırmış.

Hadisə İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının fəal olduğu Sinay yarımadasında həyata keçirilib.

Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR