Terrorçular Əsədin 60 silahlısını girov götürdülər

Terrorçular Əsədin 60 silahlısını girov götürdülər

Terrorçu PKK-nın Suriyadakı qollarından biri "YPG"nin silahlıları ölkənin şimalındakı Kamışlı rayonunda Bəşər Əsəd rejiminə bağlı 60 əsgəri girov götürüb.

Aktual.az report-a istinadən bildirir ki, bu haqda Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı məlumat yayıb.

Məlumata görə, "YPG" Bəşşar Əsəd rejiminə aid hərbçilərin olduğu binanı top atəşinə də tutub.

"Al-Jazeera" bildirib ki, terrorçular Kamışlının böyük bir hissəsinə nəzarət etsə də, rayonun qalan ərazisində isə əsədçi silahlılar yerləşib. Bundan başqa, rayondakı hava limanı da Bəşər Əsədə aid qüvvələrin nəzarəti altındadır.

Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR