Terrorçular 50 sülhməramlını öldürdülər

Terrorçular 50 sülhməramlını öldürdülər
  • DÜNYA

Somalidə "əş-Şəbab" terror qruplaşması Afrika Birliyinə aid bazaya hücum edərək 50 sülhməramlını qətlə yetiriblər.

Aktual.az ans press-ə istinadən xəbər verir ki, hadisə Somalinin paytaxtı Moqadişuda yerləşən Afrika Birliyi sülhməramlılarına aid "Jenale" (AMISOM) hərbi bazasında baş verib. Bildirilir ki, terrorçular əvvəl bazanın qapısının yanında partlayıcı ilə yüklənmiş avtomobili partladıblar. Bundan sonra qruplaşma üzvləri hücuma keçərək hərbi bazanı işğal ediblər.

Terror qruplaşmasının sözçüsü şeyx Abdiasis əbu Musab"Jenale" hərbi bazasında nəzarəti tam ələ keçirdiklərini bildirib. Yerli sakinlərdən biri xarici agentliklərə verdiyi məlumatda bazadan uzun müddət atışma səsləri gəldiyini, daha sonra güclü partlayış eşidildiyini bildirib.

Yerli hökumət rəsmiləri və AMISOM nümayəndələri işğal barədə hər hansı bir açıqlama verməyiblər.

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR