Terrorçu-kamikadzenin atası və qardaşı saxlanıldı

Terrorçu-kamikadzenin atası və qardaşı saxlanıldı
  • DÜNYA

Fransa polisi Parisdə “Bataklan” konsert zalına hücum edən terrorçu-kamikadzelərdən birinin atasını və qardaşını saxlayıb.

Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.  

Saxlanılan şəxslərin hər ikisi müvəqqəti olaraq istintaq təcridxanasına yerləşdiriliblər. Polis saxlanılanların evinə baxış keçirir.

Məlumata görə, söhbət şəxsiyyəti dəqiq müəyyənləşdirilmiş ilk terrorçunun qohumlarından gedir.  Parisin prokuroru Fransua Molens  həmin şəxsin fransız, Fransanın Kurkuronn şəhərinin sakini olduğunu.

Prokurorun sözlərinə görə 1985-ci il təvəllüdlü olan həmin şəxs dəfələrlə müxtəlif xırda cinayətlərə görə polis tərəfindən saxlanılıb lakin bir dəfə də olsun həbs cəzasına məhkum olunmayıb. Onun həmçinin indiyədək radikal dini qruplarla əlaqəsi qeydə alınmayıb.

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR