​Terrora qarşı yeni koalisiya ilk toplantısını keçirəcək

​Terrora qarşı yeni koalisiya ilk toplantısını keçirəcək
  • DÜNYA


Əhalisinin çoxu müsəlman olan dövlətlərin təsis etdiyi terrora qarşı mübarizə koalisiyasının ilk toplantısı bu ilin martında Səudiyyə Ərəbistanında keçiriləcək.

Aktual.az Report-a istinadən bildirir ki, bu haqda Səudiyyə Ərəbistanının "əl-İhbariyyə" televiziyası məlumat yayıb.

Toplantının gündəliyi və digər məsələlər haqda əlavə məlumat verilməyib.
Xatırladaq ki, terrorçuluğa qarşı hərbi koalisiya 2015-ci ilin dekabrın 15-də Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılıb. Yeni koalisiyanın baş qərargahı Ər-Riyad şəhərində yerləşəcək. Birlik öz fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla sıx əlaqədə quracaq. Koalisiyaya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Yəmən, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Kot-d`İvuar, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya, İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv adaları, Malayziya daxildir.

İran, Suriya, İraq və Oman yeni birliyə qoşulmayıblar.

Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR