Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində beynəlxalq tələblərin tətbiqi üzrə tədbirlər planı hazırlanacaq.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidentinin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.
Plana əsasən, Nazirlər Kabineti və Maliyyə Bazarlarına Nəzarət Palatası bu il ərzində tədbirlər planını hazırlayıb başa çatdırmalıdır.