”Ölkəmizin hər yerində terrora qarşı mübarizə aparacağıq”.
Aktual.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyə baş nazirinin müavini Cevdət Yılmaz deyib.
Baş nazirin müavini bildirib ki, terroru lənətləyir: "Terror dünyanın bəlası və təəssüf ki, uzun müddətdən bəri ölkəmizin də acısını çəkdiyi hadisədir. Terror Şərq və Cənubi-Şərq bölgələrində yaşayan insanlarımıza böyük ziyan vurur, o bölgələrin insanları terrordan son dərəcə mənfi şəkildə təsirlənir. Terror təşkilatı bu metoddan çox istifadə edir. Terror təşkilatı gömrük işçilərini qaçırır. Amma lazımi tədbirləri görəndən sonra bəzi gömrük məntəqələrini açmaq məcburiyyətindəyik. Terror təşkilatı orada yaşayan insanlara zərər vurur.
Təhlükəsizlik qüvvələrimiz yollarda təhlükəsizlik tədbirləri görürlər. Təhlükəsizliyin olmadığı yerdə nə iqtisadiyyat, nə turizm, nə də ticarət olar. Təəssüf ki, terror bəzən qurbanlar verməyimizə səbəb olur. Ancaq biz terrora qarşı qərarlı şəkildə mübarizə aparırıq və mübarizəyə davam edəcəyik. Ölkəmizdə terrora qarşı mübarizənin uzun tarixi var. Çoxşaxəli və qərarlı mübarizəmizlə fərqli nöqtəyə gələcəyik”.