Fransada baş vermiş terrorda ilk öldürülənlər müsəlman qadın və kişi olub.
Aktual.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, terrorun detalları yavaş-yavaş meydana çıxmağa başlayıb. Verilən son məlumatlara görə, yük maşının ilk əzdiyi insanlar müsəlman olub.
Qadının kimliyi məlum olsa da, kişinin şəxsiyyəti hələ də təyin oluna bilməyib.
Ölənlər arasında 2 ABŞ, 2 Ermənistan, 1 İsveçrə və 1 Rusiya vətəndaşının olduğu bildirilib.
Terror zamanı bir Ukrayna vətəndaşı Victoria Savchenko da həlak olub.