Rusiyanın Volqoqrad şəhərində terror aktı hazırlayan 5 İŞİD tərəfdarı həbs edilib.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, Volqoqrad mərkəzi rayon məhkəməsi terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfəri 2 ay müddətinə həbs edib.
Daha əvvəl isə Federal Təhlükəsizlik Xidməti Volqoqradda insanları Suriyaya döyüşə göndərən "Pallasovskiy camaatı" adlanan qruplaşmanın özəyini aşkarlamışdı. Qeyd edilən təşkilatın fəaliyyəti Rusiyada Ali Məhkəmənin qərarı ilə qadağan edilib.