İstanbulun Bəyoğlu rayonunda törədilmiş terror hücumunun istintaqı çərçivəsində saxlanılmış beş nəfərdən biri həbs edilib.
Aktual.az report-a istinadən bildirir ki, əvəzində prokurorluğun qərarı ilə terrorçu-kamikadze Mehmet Öztürkün atası və adı açıqlanmayan daha bir nəfər sorğu-sualdan sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, martın 19-da Bəyoğlu rayonunda törədilmiş terror aktı nəticəsində 5 nəfər həyatını itirmiş, 45 nəfər isə yaralanmışdı.