“Tarix boyu müxəlif sivilizasiyalar arasında mənəvi körpü rolunu oynayan Azərbaycan bu gün də öz rolunu davam etdirir”.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində baş tutan “Dini zorakılıq və ekstremizm: Qarşısını alma çağırışılar” adlı panel müzakirəsində çıxışı zamanı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.
QMİ sədri qeyd edib ki, müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinnərin sülh, ədalət və mənəvi əxlaq prinsipləri ilə yanaşı, birgə yaşayış modellərindən də istifadə edilməlidir.
“Təəssüf ki, son zamanlar dünyada bir sıra faciəvi hadisələr dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verib. Bu gün İŞİD adlı terror təşkilatı və digər ifrat cərəyanlar İslam adından siyasi məqsədlər üçün istifadəyə xidmət edirlər. Planetimizin müxtəlif güşələrində, Fələstində, Əfqanıstanda, Suriyada, Türkiyə və Fransada törədilən terror aktları bizi ciddi narahat edir”.
A.Paşazadə qeyd edib ki, müsəlamanlar yaşayan ərazilərdə hər iğtişaş insan ölümü, mədəni irsin məhvinin səngimədiyi bir vaxtda Avropada islamafobiya təzahürləri dərinləşir. Məhz buna görə miqrantlara qarşı irqçi anti-humanist münasibət gərginləşir.
“Azərbaycan nadir ölkələrdəndir ki, burada İslam dininə məxsus ayrı-ayrı təriqətlərə qulluq edən insanlar birgə namaz qılırlar. Azərbaycan tolerant ölkədir. Ona görə müxtəlif xalqların nümayəndələri burada sərbəst yaşayırlar. Ölkədə müstəqillik əldə edildikdən sonra xeyli məscid tikilib, bu işlər davam etdirilir”.