İstanbulda "Reina" klubunda törədilən terrakt zamanı ölənlərin meyitləri yarılıb.
Milli.Az "Milliyet"ə istinadla bildirir ki, autopsiya (meyitin yarılması) əməliyyatının nəticələrinə görə bəzi qurbanlar yaxın məsafədən vurulublar. Bəzi mərmilər isə bir bədəndən çıxıb digər bədənə girib.
Qeyd edək ki, ölənlərin hamsı güllə ilə öldürülüb. 15 nəfərin meyiti ailəsinə verilib.
Aktual.az
Xəbər 382 dəfə oxunub.