Azərbaycanda “Tərəqqi” medalının veriləcəyi sahələrin sayı artırılır.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, “Tərəqqi” medalının hüquq sahələrində xidmətlərə görə də verilməsi nəzərdə tutulur.
Layihə artıq Milli Məclisin müzakirəsinə tövsiyyə edilib.
Hazırda “Tərəqqi” medalı Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara, böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsində xidmətlərə, xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə verilir.
// Aktual.az