Təranə Mahmudova Bakı Beynəlxalq Caz Festivalında çıxış edəcək

Təranə Mahmudova Bakı Beynəlxalq Caz Festivalında çıxış edəcək

Oktyabrın 20-dən 28-dək Bakıda bütün dünyanın caz ifaçıları üçün bir növ ənənəvi bayrama çevrilmiş Beynəlxalq Caz Festivalı keçiriləcək.

Aktual.az-ın Trend-ə istinadla məlumatına görə, tanınmış vokalçı Təranə Mahmudova festivalın qonaqlarına ən parlaq gecələrdən birini bəxş edəcək. İfaçı oktyabrın 23-də, saat 19:00-da "Rotunda Jazz Club”da çıxış edəcək.
T.Mahmudova Azərbaycanın festivalda solo konsertlə çıxış edəcək yeganə nümayəndəsidir. O, azərbaycanlı və gürcüstanlı musiqiçilərin – Elbəy Məmmədzadə (piano), Mixail Caparidze (bass) və Giorgi Kapanadze (zərb alətləri) – müşayiəti ilə çıxış edəcək.
Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində əla musiqi bayramı, ustad dərsləri, cem-seyşnlər, Azərbaycan caz günləri, gənc ifaçıların müsabiqəsi, "Kids Jazz Day”, art-sərgilər və əlbəttə ki, şəhərin müxtəlif musiqi məkanlarında möhtəşəm konsertlər təşkil ediləcək. Festivalın qonaqları arasında ABŞ-ın "Kennedy Administration” caz-bendi, norveçli saksofonçu, müğənni və bəstəkar Bendik Hofset, Artur Dutkeviçin polşalı triosu, hollandiyalı pianoçu Mixil Borslap, kolumbiyalı musiqiçi Edmar Kastaneda, Almaniyanın "Cyminology” caz kollektivi, meksikalı gitaraçı Pako Ranteria, Türkiyənin "Onder Focan & Shalliel Bros” caz kollektivi və başqaları var. 
 
Aktual.az
Xəbər 868 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR