Təqaüd düzəltmək adı ilə 30 min mənimsədi

Təqaüd düzəltmək adı ilə 30 min mənimsədi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Mikayıl Mirzəyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Aktual.az-a verilən məlumata görə, M.Mirzəyev 4 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30 000 manatdan çox pulunu ələ keçirib.
M.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Xəbər 155 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR