Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışı davam edir.
Trend-in məlumatına görə, qadınların fərdi mübarizəsində təmsilçimiz Miao Vanq 1/4 finalda İran idmançısı Məriəm Səmetlə qarşılaşıb.
M.Vanq rəqibindən daha dəqiq oyun nümayiş etdirib - 4:0 (11:9, 11:9, 11:8, 11:5).
Digər təmsilçimiz Jinq Ninq isə fələstinli idmançı Diana Əssini məğlub edərək yarımfinala yüksəlib - 4:0 (11:3, 11:1, 11:1, 11:1).
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Aktual.az
Xəbər 492 dəfə oxunub.