2025-ci ildə Ermənistan ordusunun 30 hərbi qulluqçusu ölüb.
Aktual.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, onlardan 24-ü hərbi xidmətlə bağlı olmayan səbəblərdən, 6 nəfəri isə xidmətlə əlaqədar ölüb.
Ölüm səbəblərinə ildırım vurması, elektrik cərəyanı, intihar və sağlamlıq problemləri daxildir.
"Fərdi münasibətlərdə qətl halları qeydə alınmayıb”, - Papikyan qeyd edib.
Papikyan ordunun siyasi proseslərdə iştirakına da münasibət bildirib. O, bunu istisna edib.
Xəbər 46 dəfə oxunub.