2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2 faiz təşkil edib.
Aktual.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,4 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib.
2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.
Xəbər 43 dəfə oxunub.