"İşğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək".
Aktual.az xəbər verir ki, bunu AMEA-nın Neft və Qaz İnstitutunun direktoru Fəxrəddin Qədirov deyib.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycanda 12762 zəlzələ olub:
"Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 seysmik stansiyası var. Lakin bu rəqəm dəyişəcək. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək".(apa)
Xəbər 275 dəfə oxunub.