2016-cı ildə Azərbaycanda fəaliyyət göstərən şirkətlərə 2,2 milyondan çox hücum cəhdi olub.
"APA-Economics" xəbər verir ki, bu barədə "Kaspersky Lab" şirkətinin açıqlamasında deyilir.
Məlumata görə, hücum cəhdlərinin əksəriyyəti, yəni 84%-i Bakıda fəaliyyət göstərən şirkətlərə qarşı aparılıb.
Bundan başqa, Bakıda hücuma məruz qalmış korporativ kompüterlərin sayı ümumilikdə 11 min təşkil edib.
Aktual.az
Xəbər 443 dəfə oxunub.