Azərbaycan iqtisadiyyatında müşahidə olunan geriləmə prosesinin bu il zəifləyəcəyi gözlənilir.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.
O bildirib ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı 3,1% tənəzzül edib. 2017-ci ildə isə azalma 1% olacaq.
Bununla yanaşı, C.Azur ölkədə inflyasiyanın ikirəqəmli olduğunu da deyib: "Növbəti il üzrə proqnoz vermək tezdir. IV maddə üzrə missiya gələcək və ondan sonra biz 2018-ci il üzrə proqnoz verə bilərik. Əvvəlki proqnozlarımıza əsasən, növbəti ildə artımı 2% civarında gözləyirik".
Aktual.az
Xəbər 335 dəfə oxunub.