Ötən il Azərbaycan idmançılarından götürülən dopinq-testlərin 2,7 faizi müsbət nəticə verib

Ötən il Azərbaycan idmançılarından götürülən dopinq-testlərin 2,7 faizi müsbət nəticə verib
  • İDMAN

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2018-ci ildə 999 test götürüb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) hesabatında bildirilir. Bu testlərdən 2,7 faizi müsbət nəticə verib.
2018-ci ildə ən çox test Almaniya Milli Antidopinq Agentliyi götürüb. 14 963 testdən 0,3 faizində müsbət nəticə qeydə alınıb.
Qeyd edək ki, WADA-nın hesabatına əsasən, 2017-ci ildə Azərbaycanın 32 idmançısı qayda pozuntusuna yol verib. Ağırlıqqaldırmada 9, güləşdə 6, velosiped idmanında 4, atletika və bodibildinqin hərəsində 3, həndbol və cüdonun hərəsində 2, amerika futbolu, boks və karatedə isə 1 idmançının dopinq-testi müsbət nəticə verib. İki nəfər isə testdən imtina edib.
 
Aktual.az
Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR