2024-cü ildə Azərbaycan bank sektorunun xalis mənfəəti 1 milyard 69,4 milyon manata bərabər olub.
Aktual.az-ın hesablamasına görə, bu, 2023-cü ilə nisbətən 0,65% və ya 7 milyon manat azdır.
Belə ki, bank sektoru 2023-cü ildə 1 milyard 76.4 mln. manat xalis mənfəət əldə edib.
Ötən il üzrə Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 21-i mənfəət açıqlayıb. Ən çox xalis mənfəət əldə edən banklar arasında dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 293,7 milyon manatla liderdir. "PAŞA Bank" 210,5 milyon manat mənfəətlə ikinci, "Kapital Bank” isə 186,5 mln. manat xalis mənfəətlə siyahıda üçüncü olub.
Xəbər 68 dəfə oxunub.