Ötən il 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb

Ötən il 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb

Ötən il ərzində Azərbaycan ərazisində 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 912 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 28 botulizm hadisəsi nəticəsində 49 nəfər botulizmlə xəstələnib. Ötən il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

Xəbər 599 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR