Ötən ay bu qədər mənzilə “kupça” verilib

Ötən ay bu qədər mənzilə “kupça” verilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 31.020 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. 
Bu barədə Aktual.az-a Dövlət Xidmətindən məlumat verilib. 
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 5.594-ü (18%) ilkin, 25.426-sı (82%) isə təkrar qeydiyyatın payına düşür.
2026-ci ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində - 6.420, mənzil - 7.338, torpaq sahəsi - 16.184, qeyri-yaşayış binası - 271, qeyri-yaşayış sahəsi - 754, əmlak kompleksi - 47 və çoxmərtəbəli yaşayış binası - 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 7.562-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar ayı ərzində 21.928 texniki pasport tərtib edilib, 5.271 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Xəbər 49 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR