Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

Ötən ay Bakının daşınmaz əmlak bazarının mənzil seqmentində qiymətlər mart ayı ilə müqayisədə müvafiq olaraq ortalama 1,34 % artıb.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Report”a bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 12,9 % çoxdur.
O bildirib ki, paytaxtın təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin (1 kvadrat metrə görə) qiymətində ay ərzində 1,54 %, il ərzində 12,3 % artım, köhnə tikililərdə isə mənzillərin qiymətində (1 kvadrat metrə görə) ay ərzində 1,27 %, il ərzində 9 % artım qeydə alınıb: "Bazarda təklif portfelinin həcmi ay ərzində 2,4 %, il ərzində 17,8 % yüksəlib. İlkin mənzil bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ötən ayla müqayisədə 1,2 %, il ərzində 17,3 % artım müşahidə edilib. Elə rayonlar var ki, mənzillərin qiyməti orta həddin üstündə artıma məruz qalıb. Məsələn, Nərimanov və Xətai rayonlarına 20 % - 25 %-ə kimi artım qeydə alınıb. Bazarda təklif sayı ay ərzində 0,9 %, il ərzində isə 24,1 % artıb”.
V.Oruc deyib ki, mənzillərin kirayəsi bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ay ərzində 1,5 % azalma, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 10,6 % artım qeydə alınıb. Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 2,9 %, il ərzində isə 21,8 % artıb.

Xəbər 695 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR