2026-cı ilin yanvar ayında Azərbaycanda 8,7 min ton şəkər istehsal olunub.
Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 62% azdır.
Fevralın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 15,7 min ton təşkil edib.
Bundan əlavə, dövr ərzində 778 min ton həcmində şəkərli qənnadı məmulatlar istehsal edilib ki, bu da 2025-ci ilin yanvar ayı ilə müqayisədə 35,8 faiz çoxdur.
2025-ci ildə ölkəyə 19 milyon 293 min dollar dəyərində 29 min 705 ton ağ şəkər idxal edilib. Ötən il Azərbycandan 14 ölkəyə isə toplam 60 milyon 547,7 min ABŞ dolları dəyərində 85 min 162 ton ağ şəkər ixrac olunub. Ən çox şəkər ixracı Özbəkistan (41 244 ton), Türkmənistan (36 544) və Tacikistana (5 295) olub. (apa)
| Ölkələr |
Şəkər ixracı, ton |
| Özbəkistan |
41243,8 |
| Türkmənistan |
36544 |
| Tacikistan |
5295,15 |
| Rusiya |
1102,75 |
| Qırğızıstan |
538 |
| Gürcüstan |
392,29 |
| Qazaxıstan |
21,7 |
| İsrail |
10,15 |
| Belarus |
5,91 |
| Almaniya |
4,88 |
| Amerika Birləşmiş Ştatları |
1,27 |
| Ukrayna |
1,15 |
| Polşa |
0,54 |
| Kanada |
0,38 |
| Birləşmiş Ərəb Əmirlikləri |
0,28 |
Xəbər 56 dəfə oxunub.