Ötən ay Azərbaycanda rekord sayda zəhərlənmə faktı qeydə alınıb

Ötən ay Azərbaycanda rekord sayda zəhərlənmə faktı qeydə alınıb

Bu ilin avqust ayı ərzində Azərbaycanda 75 qida zəhərlənməsi hadisəsi baş verib.

Aktual.az  xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiriİmran Abdullayev APA-ya açıqlamasında deyib ki, qida zəhərlənməsi nəticəsində 190 nəfər zərər çəkib.

Avqust ayında qeydə alınan 2 botulizm hadisəsi nəticəsində isə eyni sayda - 2 zəhərlənmə qeydə alınıb.
 
Avqust ayı bu il ərzində baş verən qida zəhərlənmələrindən zərərçəkənlərin sayına görə ən yüksək göstəricilərin qeydə alındığı ay olub. Ötən ay 3 kütləvi zəhərlənmə hadisəsi baş verib, 100-dən çox insan zəhərlənib.

Xəbər 310 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR