Ötən ay 94 zəhərlənmə hadisəsi baş verib, 4 nəfər ölüb

Ötən ay 94 zəhərlənmə hadisəsi baş verib, 4 nəfər ölüb

Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib
Kliniki Tibbi Mərkəzdən Aktual.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.
Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) ölüb.
Bildirilib ki, ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.


Xəbər 335 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR