Avropa İttifaqının öz ordusuna ehtiyacı var.
Bunu Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bəyan edib.
Onun sözlərinə görə, ümumavropa silahlı qüvvələri böhran yaşanan dövrlərdə qitənin təhlükəsizlik sahəsində siyasətini möhkəmləndirməyə imkan verəcək. U. fon der Lyayen bu cür layihənin reallaşdırılmasına xeyli vaxt lazım olduğunu bildirib.
Hərbi məsələlərdə milli suverenliyin Avropa İttifaqına verilməsini məqsədəuyğun hesab edən nazir nümunə qismində Şenqen razılaşması və ümumavropa əmək bazarını misal gətirib.