Televizor ustası arvadını öldürməyə cəhd etdi, 11 il cəza aldı - Foto

Televizor ustası arvadını öldürməyə cəhd etdi, 11 il cəza aldı - Foto

Bakı Ağır Cinayətlər Məhkəməsində Bərdə rayon sakini Seymur Sultanovun (1976-cı il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il iyunun 8-də Seymur Soltanov Suraxanı RPİ 33-cü polis bölməsinə gələrək həyat yoldaşı Cəmilə Soltanovanı (1978-ci il təv.) Yeni Günəşli qəsəbəsində bıçaqladığını bildirib. Araşdırmaya başlayan polis əməkdaşlarına məlum olub ki, yaralanan qadın 3 saylı klinik xəstəxanasına çatdırılıb və əməliyyat olunub. 

İstintaqla müəyyən edilib ki, televizor ustası olan Seymur Soltanov qadınla 2000-ci ildə ailə qurub, cütlüyün 4 övladı olub. Seymurun mütəmadi spirtli içki qəbul etməsi səbəbindən ailəsində problemlər yaranıb, bu səbəbdən onlar ayrılıblar. Hadisə günü Soltanov müştərinin evində peyk antenası quraşdırarkən keçmiş arvadının həmin ərazidən keçdiyini görüb. Buna görə əsəblərinə hakim ola bilməyib.

İş üzrə dindirilən tutulan şəxs bağışlanmaq və arvadı ilə barışmaq istədiyini bildirib. 

Məhkəmə prosesində S.Soltanov ittiham üzrə özünü təqsirli bilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 
Aktual.az



Xəbər 1249 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR